Sənan Qurbanov: "İtiriləsi heç nəyimiz yoxdur"
18.03.2022 - 19:04
Sənan Qurbanov: "İtiriləsi heç nəyimiz yoxdur"

“Başa düşürdük ki, oyun çətin olacaq".

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la 1:1 hesablı bərabərə qaldıqları oyun barədə danışarkən deyib.

Qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlama verən Qurbanov komandasının çıxışını dəyərləndirib: “Bizim kimi, "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bu üzdən meydançada aqressiv idilər. İlk hissədə meydanın rəqibə aid hissəsində qalmağımız bizdə alındı. İkinci hissədə rəqibin qol üçün hücuma atılacağını bilirdik. Öz səhvimizdən qol buraxdıq".

Çalışdırıcı milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasilədən istifadə etməyə çalışacaqlarını söyləyib: "Fasilədən faydalanmağa çalışacağıq. Turnir cədvəlində istədiyimiz yerdə deyilik. İtiriləsi heç nəyimiz yoxdur. Hər oyuna final gözü ilə çıxacağıq. Bu fasilədə boşluqları doldurmağa çalışacağıq".