Ermənistan millisi baş məşqçisiz qaldı
29.09.2022 - 17:18
Ermənistan millisi baş məşqçisiz qaldı

Ermənistan milli komandası baş məşqçisiz qalıb.

Apasport.az saytının məlumatına görə, Ermənistan Futbol Federasiyası və Xoakin Kaparros arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Buna yığmanın Millətlər Liqasındakı uğursuzluğu səbəb olub. B liqasında qrup sonuncusu olan komanda C divizionuna yuvarlanıb.

Qeyd edək ki, 67 yaşlı ispaniyalı mütəxəssis 2020-ci ilin martından Ermənistan millisini çalışdırırdı. Yığma məhz onun rəhbərliyi altında ötən mövsüm Millətlər Liqasının B liqasına yüksəlmişdi.
 

0