“Fənər”in qolkiperi sabiq klubuna qayıdır?
07.01.2026 - 20:26
Hazırda icarə əsasında “Jirona”da çıxış edən və müqavilə ilə "Fənərbaxça"ya məxsus olan Dominik Livakoviç sabiq klubuna qayıda bilər.
Apasport.az xəbər verir ki, “Dinamo Zaqreb” 30 yaşlı qolkiperlə yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Zaqreb təmsilçisi İstanbul klubuna xorvatiyalı qapıçı üçün icarə təklifi göndərib. Təklifdə 4 milyon avroluq satınalma bəndi də yer alıb.
Qeyd edək ki, “Fənərbaxça” Dominik Livakoviçi 2023-cü ildə “Dinamo Zaqreb”dən 6,65 milyon avro qarşılığında transfer etmişdi.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0