"İnter" 2 futbolçu ilə anlaşdı
13.02.2024 - 12:38
"İnter" 2 futbolçu ilə anlaşdı

"İnter" yayda heyətinə 2 yeni futbolçu qatacaq. 

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

İnsayderin məlumatına görə, klub Polşa millisinin və "Napoli"nin yarımmüdafiəçisi Pyotr Zielinski ilə "Porto"nun və İran millisinin hücumçusu Mehdi Taremi ilə anlaşıb. 

Hər iki futbolçu bu yay azad agent kimi Milan nəhənginə keçəcək.


 

0