2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ev sahiblərindən olan Kanada millisi ilk matçında Bosniya və Herseqovina ilə qarşılaşır.
Toronto stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Oyunda hesab 21-ci dəqiqədə açılıb. İvan Başiçin künc zərbəsindən ötürməsindən sonra Yovo Lukiç cərimə meydançasında başla dəqiq oynayıb.
DÇ-2026
B qrupu
12 iyun 23:00
Kanada - Bosniya və Herseqovina 0:1
Qol: Lukiç, 21
Kanada:
Maksim Krepo, Alister Conston, Lük de Fuqerol, Derek Kornelius, Riçi Lareya, Tajon Byukenen, İsmail Kone, Stefan Eustakio, Liam Millar, Conatan Devid, Tani Oluvaseyi.
Bosniya və Herseqovina:
Nikola Vasil, Amar Dediç, Nikola Katiç, Tarik Muharemoviç, Sead Kolaşinaç, Esmir Bayraktareviç, İvan Başiç, Benjamin Tahiroviç, Amar Memiç, Ermedin Demiroviç, Yovan Lukiç.