İngiltərə çempionatının XV turunun son oyununda “Mançester Yunayted” doğma meydanda “Vulverhempton”u böyük hesabla məğlub edib.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” bu görüşdə yüksək hücum məhsuldarlığı ilə yadda qalıb.
Portuqaliyalı baş məşqçi Ruben Amorimin komandaya gəlişindən sonra “Mançester Yunayted” ilk dəfə belə yüksək temp və təzyiq nümayiş etdirib.
Matç ərzində Mançester təmsilçisinin futbolçuları rəqib qapısına ümumilikdə 27 zərbə endiriblər ki, bu da Amorimin rəhbərliyi altında əldə olunan ən yüksək göstəricidir.
Klub sonuncu dəfə İngiltərə liqasında bir oyunda bu qədər çox zərbəni iki il əvvəl “Çelsi”yə qarşı matçda qeydə almışdı. Həmin görüşdə “Mançester Yunayted”in aktivində 28 zərbə olmuşdu.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu