Messi və Ronaldonun VARİSİ
29.09.2022 - 17:10
Messi və Ronaldonun VARİSİ

Fransa millisinin sabiq futbolçusu Blez Matuidi keçmiş komanda yoldaşı Kilian Mbappe barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, karyerasını ötən il başa vuran 35 yaşlı sabiq yarımmüdafiəçi həmyerlisinin dünyanın ən yaxşı futbolçusu olacağını düşünür.

Onun fikrincə, Mbappe uzun illər ən yaxşı iki oyunçu sayılan Lionel Messi və Kriştiano Ronaldoya layiqli əvəzləyici olacaq: “Mbappe “Qızıl top”a iddialılardan biridir. Gənc yaşına baxmayaraq, əla futbolçu olduğunu sübut etdi. Onun oyunu təsiredicidir. Mbappe bu il və ya gələn il “Qızıl top”u qazanmaq üçün hər şeyə malikdir. Düşünürəm ki, o, Messi və Ronaldonun varisidir”.

Qeyd edək ki, Blez Matuidi PSJ, “Yuventus” və “İnter” kimi klubların formasını geyinib.
 

0