Ən yaşlı qolçusu – çempionatın
22.03.2021 - 11:11
İtaliya A seriyasının XXVIII turunda “Fiorentina” ilə qarşılaşan “Milan” 3:2 hesablı səfər qələbəsi qazanıb.
Apasport.az saytının məlumatına görə, qalibiyyətə bir qolla töhfə verən hücumçu Zlatan İbrahimoviç tarixə düşüb.
9-cu dəqiqədə hesabı açan isveçli cari mövsüm A seriyasında 15-ci qolunu vurub. 39 yaş 169 günlüyündə fərqlənən Zlatan A seriyası tarixinin ən yaşlı qolçusu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, “Milan” A seriyasında 59 xalla ikinci pillədə yer alır.
0
0