Ən yüksək ödənişli futbolçuları və məşqçiləri - Premyer Liqanın
19.03.2021 - 17:01
Ən yüksək ödənişli futbolçuları və məşqçiləri - Premyer Liqanın

İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçuları və məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oyunçular arasında ən çox qazanan Qaret Beyldir.

“Tottenhem”in uelsli vingeri vergilər daxil olmaqla ayda 2,5 milyon avro alır. Bu maaşın böyük hissəsini onun müqavilə ilə məxsus olduğu İspaniya “Real”ı ödəyir.

“Mançester Yunayted”in qapıçısı David de Xea 1,85, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne 1,58, sonuncunun komanda yoldaşı Rahim Sterlinq 1,48 milyon qazanır. İlk “beşliy”i Pol Poqba (“Mançester Yunayted”) qapayır – 1,43 milyon.

Məşqçilər arasında ilk sırada Pep Qvardiola qərarlaşıb. “Mançester Siti”nin ispan çalışdırıcısı 1,89 milyon avro alır. Joze Mourinyo (“Tottenhem”) və Yurgen Klopp (“Liverpul”) hərəsi 1,42 milyon qazanır.