"Jirona"nın hücumçusu Artem Dovbik karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 26 yaşlı oyunçu La Liqada başa çatan mövsümün bombardiri olub və bunun sayəsində artıq yüksək statuslu Avropa klublarının marağına səbəb olub.
A Seriya təmsilçilərindən "Napoli" Dovbikə iddialılar sırasındadır. Klub Antonio Konte üçün prioritet hədəf sayılan Romelu Lukakunun transferini təşkil edə bilməsələr, "Jirona"nın forvardı almağa çalışacaqlar.
Artyom Dovbik son mövsümdə İspaniya çempionatında 36 oyunda 24 qol vurub. "Transfermarkt" portalı onu dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu