Onların derbidə iştirakı sual altında
29.09.2022 - 18:00
Onların derbidə iştirakı sual altında

“Mançester Yunayted” Premyer Liqanın “Mançester Siti” ilə oyununda itkilərlə üzləşə bilər.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın iki futbolçusunun matçdakı iştirakı sual altındadır.

Bunlar Antoni Marsial və Markus Reşforddur. Hər iki oyunçu zədədən əziyyət çəkir.

Onların IX turda oynayıb-oynamaması hələlik dəqiqləşməyib. Marsial bundan əvvəlki son 5 görüşü də zədə üzündən buraxıb. Reşford isə “Arsenal”la matçda zədələnib.

Qeyd edək ki, Mançester derbisi sentyabrın 2-də keçiriləcək.

0