“Çelsi”ni tərk edəcək futbolçuların kimliyi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, yeni mövsümdən London klubuna rəhbərlik edəcək Maurisio Poçettino 9 oyunçunun komandadan göndərilməsini istəyib.
51 yaşlı argentinalı mütəxəssis Pier-Emerik Obameyanq, İtan Ampadu, Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Mateo Kovaçiç, Eduard Mendi, Kristian Pulişic, Malanq Sarr və Hakimi Ziyeşə ümid bağlamır. Bu futbolçuların başqa komandalara göndərilməsini istəyən Poçettino həm komandada oyunçu sayını, həm də maaş yükünü azaltmağı planlaşdırır.
Qeyd edək ki, mövsümü istədiyi kimi keçirməyən London klubu hazırda topladığı 43 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı