Premyer Liqa klubu qapıçı alır
09.11.2022 - 18:27
Premyer Liqa klubu qapıçı alır

“Everton” yeni qapıçı almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Timoti Dyenqi heyətində görmək istəyir.

Qolkiper hazırda “Kuinz Park Reyncers”in şərəfini qoruyur. 27 yaşlı əlcək sahibi “Bornmut”, “Monako” və “Lill”in də maraq dairəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Dyenq London nəhənglərinin transfer siyahısına da düşmüşdü.
 

0