Premyer Liqa klubunun transfer hədəfi
02.10.2022 - 00:47
Premyer Liqa klubunun transfer hədəfi

“Lester”in iki futbolçusu Premyer Liqanın digər təmsilçisi “Nyukasl”ın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “sağsağanlar” heyətini yarımmüdafiəçilər Yuri Tilemans və Ceyms Maddisonla gücləndirməyi nəzərdən keçirir.

Tilemansın keçidi artıq qışda baş tuta bilər. Çünki onun müqaviləsinin sonuna bir ildən az vaxt qalıb. Bu da belçikalının qiymətini aşağı salır. “Nyukasl” yay fasiləsində ala bilmədiyi Maddisonu isə mövsümün sonunda yenidən transfer etməyə çalışacaq.

Qeyd edək ki, Tilemans bu mövsüm Premyer Liqada 7 oyunda 1 qol, 1 assistlə, Maddison isə 6 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0