PSJ kapitanı ilə yeni müqavilə imzaladı
02.05.2023 - 16:05
PSJ kapitanı ilə yeni müqavilə imzaladı

PSJ futbolçusu Markinyos ilə müqavilənin müddətini artırıb.

Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı kapitanı ilə razılaşmasını daha 3 il uzadıb. 

Braziliya millisinin də şərəfini qoruyan sağ cinah oyunçusu 2024-cü ildə bitəcək anlaşmanın müddətinin artırılmasından məmnun olduğunu ifadə edərək, uzun müddət Paris klubunun şərəfini qoruduğu üçün xoşbəxt olduğunu bildirib. 

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Markinyos bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb və 2 qol vurub.

0