PSJ Luis Enrike ilə müqavilə yeniləyəcək
07.02.2025 - 18:20
PSJ Luis Enrike ilə müqavilə yeniləyəcək

PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini artırmaq niyyətindədir.

Apasport.az xəbər verir ki, parislilər ispan mütəxəssislə 2027-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Müqavilənin imzalanmasının yaxın vaxtlarda elan ediləcəyi gözlənilir.

54 yaşlı mütəxəssisin klubla hazırki sözləşməsi cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Enrike 2023-cü ilin iyul ayından Fransa klubunu çalışdırır. 

0