Çempionlar Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda “Kukesi”ni qəbul edəcək “Qarabağ” avrokuboklarda yubiley qoluna imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Ağdam təmsilçisinin 1 qol vurması lazımdı.
Belə ki, təmsilçimiz indiyədək qitə miqyaslı turnirlərdə 89 qola sevinib. Qurban Qurbanovun yetirmələrinin “Kukesi”nin qapısından keçirəcəyi ilk top yubiley – 90-cı kimi tarixə düşəcək.
Ağdam klubu buna 94-cü matçında imza atacaq. İndiyədək qitə səhnəsində 93 görüş keçirən “Qarabağ” uduzmasa, 60-cı dəfə meydanı məğlubiyyətsiz tərk edəcək. 33 qələbə və 26 heç-heçəsi olan çempionumuz 34 dəfə uduzub. Ağdam klubu öz qapısından 115 qol buraxıb.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”