[b]Ramil Şeydayev + 350 min avro[/b]
24.07.2018 - 20:49
[b]Ramil Şeydayev + 350 min avro[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin digər klubuna keçə bilər. Apasport.az xəbər verir ki, bu barədə fotospor.com saytı məlumat yayıb.

 

Bildirilir ki, gənc forvard “Osmanlıspor”un futbolçusu Umar Aminu ilə dəyişdirilə bilər. Fabian Kastilyonun gedişindən sonra “bordo-mavililər” uzun müddətdi danışıq apardıqları nigeriyalı hücumçu üçün “Osmanlıspor”la təmasa keçib. Trabzonlular Aminu müqabilində qarşı tərəfə Ramil Şeydayev və 350 min avro pul təklif ediblər. “Osmanlıspor” hələlik bu təklifə heç bir cavab verməyib.

 

Qeyd edək ki, Sloveniya toplanışını başa vuran “Trabzonspor”da Ramil Şeydayevin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

0