“Real” Mbappedən vaz keçməyib
29.09.2022 - 20:32
“Real” Mbappedən vaz keçməyib

“Real” PSJ-nin hücumçusu Kilian Mbappedən birdəfəlik vaz keçməyib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” yaxın gələcəkdə Fransa millisinin üzvünə yenidən elçi düşə bilər.

İspaniya çempionunun prezidenti Florentino Peres heç bir oyunçuya qarşı soyuq münasibət bəsləmədiklərini, komandanın uğuru üçün ən yaxşıları daim heyətə cəlb etməyə çalışacaqlarını söyləyib. Peres 23 yaşlı fransalının da istənilən vaxt yenidən transfer siyahılarına düşə biləcəyini istisna etməyib.

Qeyd edək ki, yayda “Real”a transferi son anda baş tutmayan Kilian Mbappe PSJ ilə yeni 3 illik müqavilə imzalayıb.
 

0