“Real”dan “Tottenhem”ə təklif
26.05.2023 - 19:52
“Real” Harri Keynin transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu hücumçu üçün öz futbolçularından birini “Tottenhem”ə verməyə razıdır.
Madridlilər Eden Azarı londonlulara təklif edib. “Real” rəhbərliyi “Tottenhem”in bu variantda maraqlı olacağına ümidlidir. Azar “Çelsi”nin heyətində Premyer Liqada özünü yaxşı tərəfdən göstərib.
Qeyd edək ki, Keyn Premyer Liqanın cari mövsümündə 37 oyunda 28 qol vurub. Azar isə La Liqanın 6 matçında fərqlənə bilməyib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0