“Real”ın gözü “Mançester Siti”də
30.09.2022 - 00:42
“Real”ın gözü “Mançester Siti”də

“Real”ın gələcək transferlərlə bağlı planları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin gözü “Mançester Siti”nin iki futbolçusundadır.

Madridlilər Joao Kanselo və Erlinq Halandı heyətinə qatmağı planlaşdırır. “Real” 2023-cü ilin yayında portuqaliyalı, bir il sonra norveçlini transfer etmək niyyətindədir.

Həmin vaxt Halandın müqaviləsindəki sərbəstqalma məbləği ilə bağlı bənd qüvvəyə minəcək. Hücumçunun qiyməti 180 milyon avro təşkil edəcək. Hərçənd bu rəqəmlə bağlı müxtəlif mülahizələr də var. Bəziləri bunun 200, digərləri 150 milyon olacağını iddia edir. 
Qeyd edək ki, cari mövsümün 10 oyununda Kanselo 1 qol vurubsa, Haland 14 dəfə fərqlənib.

0