“Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
28.03.2024 - 10:38
“Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər

"Roma" və "Latsio" yenidən "Əbədi Şəhər" derbisində qarşı-qarşıya gələcəklər.

Apasport.az xəbər verir ki, "Roma"nın futbolçuları bu matçda dizaynı "Adidas" tərəfindən hazırlanmış və "Roma"nın ötən əsrin 90-cı illərində oynadığı köynəkləri xatırladan xüsusi formalarla çıxış edəcək.

Xatırladaq ki, “Roma” – “Latsio” matçı aprelin 6-da keçiriləcək.

Qeyd edək ki, “Roma” turnir cədvəlində 5-ci, “Latsio” isə 9-cu pillədədir.

0