Tomiyasu "Arsenal"dakı gələcəyi ilə bağlı qərar verdi
05.02.2024 - 16:47
Tomiyasu "Arsenal"dakı gələcəyi ilə bağlı qərar verdi

Takehiro Tomiyasu "Arsenal"dakı gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, komandanın 25 yaşlı müdafiəçisi London klubundan əməkdaşlığı genişləndirmək təklifi alıb.

Tərəflər arasında yeni müqavilə əmək haqqının artırılması ilə uzunmüddətli əsasda olacağı nəzərdə tutulub. Yaponiyalı futbolçu yeni müqavilənin şərtlərindən razı qalıb.

Asiyalı 2021-ci ildən "Arsenal"da çıxış edir. Onun ingilis top klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Qeyd edək ki, Tomiyasu çıxdığı 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0