Türkiyə çempionatı ən bahalı liqalar arasındadır
04.03.2024 - 12:53
Türkiyə çempionatı ən bahalı liqalar arasındadır

Türkiyə Super Liqası ən bahalı liqalar kateqoriyasında yüksəlib. 

Apasport.az xəbər verir ki, “beIN Sports”la yeni müqavilə imzaladıqdan sonra Türkiyə çempionatının yayım gəliri 168 milyon avro olub. 

Hazırda illik yayım gəlirinin ən yüksək olduğu çempionatların "10-luğ"u belədir:

1. İngiltərə Premyer Liqası - 1 milyard 900 milyon avro
2. Almaniya Bundesliqası - 1 milyard 8 milyon avro
3. İspaniya La Liqası - 880 milyon avro
4. İtaliya A Seriyası- 840 milyon avro
5. Fransa Liqa 1-i - 582 milyon avro
6. Türkiyə Superliqası - 168 milyon avro
7. Portuqaliya Premierası - 160 milyon avro
8. Niderland Erediviziyası - 150 milyon avro
9. Belçika liqası - 103 milyon avro
10. Şotlandiya liqası - 29 milyon avro

0