UEFA "Çelsi"ni cəzalandıra bilər
02.02.2023 - 22:30
UEFA "Çelsi"ni cəzalandıra bilər

"Çelsi" bu qış transfer bazarında ən fəal top komandalardan biri olub. 

Apasport.az xəbər verir ki, London klubu 8 yeni futbolçunun alınması üçün 323 milyon funt-sterlinq xərcləyib.

Həmin oyunçular David Fofana (10 milyon funt sterlinq), Benua Badyaşil (35 milyon funt sterlinq), Andrey Santos (18 milyon funt sterlinq), Juau Feliks (9,7 milyon funt sterlinq – icarə), Mixail Mudrik (88,5 milyon funt sterlinq), Noni Madueke (29 milyon funt sterlinq), Malo Qüsto (26,3 milyon funt sterlinq) və Enso Fernandesdir (106,8 milyon funt sterlinq).

Ümumilikdə, "Çelsi" yeni oyunçulara La Liqa, A Seriya, Liqa 1 və Bundesliqadakı bütün klublardan daha çox pul xərcləyib.

Ümumiyyətlə, nüfuzlu “The Times” qəzetinin yazdığına görə, “Çelsi” bu mövsümün sonunda Çempionlar Liqasına düşə bilməsə, artıq Feyr Pley qaydalarını pozmaq riski altındadır. “Mavilər”lə bağlı vəziyyəti narahat edən məqam odur ki, onlar Avropada bu mövsüm xərcləri diqqətlə izləniləcək 19 klubdan biridir. Səbəb UEFA-nın fövqəladə hallara görə komandaları cəzalandırmadığı mövsümlərdə “Çelsi” və digər klubların maliyyə problemləridir.

0