11-ci oyun
12.04.2014 - 11:06
11-ci oyun
Topaz Premyer Liqasında XXX turun maraqlı görüşlərindən olan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını idarə edəcək Ramil Diniyev artıq 1 dəfə bu komandaların duelinə şahid olub. Apasport.az saytının məlumatına görə, bugünkü görüşün referisi rəqiblər arasında XI turda Lənkəranda keçirilən görüşdə fit çalmışdı. Gəmin qarşılaşmada meydan sahibləri Diniyevin təyin etdiyi penaltini qola çevirə bilməsə də, qalib gəlmişdi – 2:1.

“Xəzər Lənkəran” Diniyevin idarə etdiyi matçlarda xal itirməyib. Belə ki. cari mövsüm bu hakimlə daha 1 dəfə də yolları kəsişən cənublular XIX turda “Qarabağ”ı məğlub edib – 1:0. Bu statistikaya əsasən cənublular bir neçə saatdan sonra başlayacaq səfər matçında da qalib gəlməlidir.

“Bakı” da Diniyevin idarə etdiyi digər oyunlarda qalib gəlib. Paytaxt futbolçuları hər iki halda “Simurq”u 3 qolla udub. Belə ki, IV turda 3:0, XII turda 3:2 hesabı qeydə alınıb. Bakılılar bu matçlarda 2 qırmızı vərəqə ilə cəzalanıb və 1 dəfə penaltini qaçırıb.

Qeyd edək ki, Diniyev cari mövsüm 10 çempionat matçını idarə edib. Bugünkü görüş onun üçün Premyer Liqanın cari mövsümündə 11-ci oyun olacaq.