17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Novosibirsk vilayətində təşkil olunacaq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Sibir, Sverdlovsk və Rusiya yığmaları ilə mübarizə aparacaq.
Komandamız qrup mərhələsinin aprelin 22-də baş tutacaq ilk oyununda sibirlilərlə üz-üzə gələcək. 2 gün sonra Sverdlovsk vilayətinin yığmasını sınağa çəkəcək millimiz ayın 26-da Rusiya ilə qarşılaşacaq.
Sibirə yollanan heyətdə 18 futbolçu dəvət alıb: Alina Mixaelis (“Ayntraxt”, Frankfurt, Almaniya), Dilge Uygun, Gizem Tenekeci (hər ikisi “Frankfurt”, Almaniya), Günay İsmayılova (“Fidan”), Aytac Mustafazadə (“İmişli”), Cagla Kanpara (“Lubars”, Almaniya), Zehra İnceoglu (“Kikers”, Almaniya), Nərmin Rəhmanova, Roza Quliyeva, Sanay Fətullayeva, Ayşən Əhmədova, Firəngiz Teymurova, Lalə Məmmədova, Nərmin İsmayılova (hamısı “Səbayil”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Vüsalə Hacıyeva (“Tovuz”), Kristina Bakarandze, Manə Mollayeva (hər ikisi “Zaqatala”).