Futbol üzrə 19 yaşlı qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Xorvatiyalı həmyaşıdları ilə görüşüb.
Uelsin Brouton şəhərində baş tutan qarşılaşma millilərimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını matçın 9-cu dəqiqəsində Nigar Cəlilli, 61-ci dəqiqədə isə Yaiza Relea vurub. Xorvatiya millisinin heyətində isə 11-ci dəqiqədə Puselj Drejka fərqlənib.
Qrupdakı əvvəlki iki oyununda da qalib gələn (Uels, 4:1; Belçika, 3:0) yığma komandamız 9 xalla qrup birincisi olub və elit mərhələyə vəsiqə qazanıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu