“Qarabağ” – “Anderlext” matçına nə qədər bilet satılıb?
30.09.2015 - 14:40
 “Qarabağ” – “Anderlext” matçına nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Anderlext” matçına bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunda yenə anşlaq olacağı gözlənilir.

 

Çünki artıq 3 gündür satışa çıxarılan biletlərdən 10 mini öz sahibini tapıb. Görüşün start fitinə 30 saatdan artıq qaldığını nəzərə alsaq, digər biletlərin də satılacağını proqnozlaşdırmaq olar. Bunda qrup mərhələsinin II turu çərçivəsində Belçika nəhəngini qəbul edəcək komandamızın doğma divarlar arasında ilk oyununa çıxması da rol oynayacaq.

 

Qeyd edək ki, biletlər nömrəli sektorlar üzrə 2, 3, 5, 8, 10, 15 və 20 manatdı. VİP yerlərdən oyuna baxmaq istəyənlər isə 50 manatından keçməlidi.