“Arsenal” argentinalı futbolçudan əl çəkmir
12.09.2015 - 15:33
“Arsenal” İtaliya “İnter”inin formasını geyinən Mauro İkardidən əl çəkmir. Apasport.az saytı xəbər verir ki, “topçular” 22 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdı.
Bu arzusu yayda həyata keçməyən İngiltərə təmsilçisi ümidini yanvara saxlayıb. Qışda londonlular növbəti dəfə İkardiyə rəsmi təkliflə müraciət edəcəklər. Argentinalı forvardın təklifə necə cavab verəcəyi maraq doğurur.
Qeyd edək ki, “Sampdoriya”nın yetirməsi olan İkardi 2013-cü ildən “İnter”in formasını geyinir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0