“Arsenal” Venqerə yeni müqavilə təklif edəcək
08.04.2014 - 21:38
“Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer mövsümün sonunda gələcək taleyini özü müstəqil şəkildə həll edəcək. Apasport.az saytının məlumatına görə, komandanın rəhbərliyi hətta “Arsenal” ilk üçlüyə düşə bilməsə və İngiltərə Kubokunu qazana bilməsə belə fransız mütəxəssisə yeni müqavilə təklif etməyə hazırdır.
Venqer isə gələcək iş yeri ilə bağlı hələ də qərar qəbul etməyib. O, qərarını İngiltərə çempionatının bitməsinə saxlayır. Qeyd edək ki, bu mövsüm “Arsenal” üçün dalbadal doqquzuncu qalibiyyətsiz mövsümə çevrilə bilər.
0
0