“Artıq yeni “Yuventus” görürsüz”
16.09.2015 - 16:29
“Artıq yeni “Yuventus” görürsüz”

“Biz mövsümə yaxşı başlamadıq. Komandada çoxlu dəyişikliklər olmuşdu. Demək olar ki, heyətin yarısı dəyişilmişdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Yuventus”un hücumçusu Alvaro Morata deyib.

 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Mançester Siti”nin qonağı olan “Yuventus” qələbə qazanıb. Məhz Moratanın vurduğu qol sayəsində turinlilər 2:1 hesablı qalibiyyətə seviniblər.

 

Matçla bağlı fikirlərini bölüşən Morata “Yuventus”dakı dəyişiklikləri qabardıb: “Avropanın ən güclü komandalarından birinə qalib gəldik. Artıq yeni “Yuventus” görürsüz. Futbolçular bir-birlərinə indi uyğunlaşırlar. Açığı, “Mançester Siti” ilə oyun bizim üçün heç də asan olmadı. Müdafiədə çətin anlar yaşadıq. Rəqibin heyətində dünyanın bir neçə ən yaxşı futbolçusu çıxış edir. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq”.