“Atletiko”nun qapıçısına “Çelsi” qadağası
11.04.2014 - 05:34
“Atletiko”nun qapıçısına “Çelsi” qadağası

 

Madrid “Atletiko”su Çempionlar Liqasının yarımfinalında qapıçı Tibo Kurtuanın xidmətindən məhrum ola bilər. Apasport.az saytının məlumatına görə, püşk “Atletiko”nu “Çelsi”yə rəqib etsə, Kurtua oyunları buraxacaq.

 

Xatırladaq ki, Tibo Kurtua “Çelsi”yə məxsusdur və icarə əsasında “Atletiko”da oynayır. Müqaviləyə əsasən, Kurtua heç bir oyunda “Çelsi”yə qarşı oynaya bilməz. Onun londonlulara qarşı oynaması üçün ispanlar 6 milyon avro ödəməlidirlər.

 

Bundan əvvəl komandaların yarımfinalda görüşəcəkləri təqdirdə “Atletiko”nun 6 milyon avronu ödəyəcəyi bildirilirdi. Amma madridlilərin prezidenti bu xəbəri təkzib edib: “Əgər “Çelsi” ilə oynasaq, Kurtua bizə kömək edə bilməyəcək. Biz bu qədər vəsaiti ödəyə bilmərik”.

 

“Atletiko2nun ehtiyat qapıçısı Daniel Aransubiyadır. O, bu mövsüm cəmi 5 oyun keçirib.