“Bakı” Topaz Premyer Liqasının növbəti turunda daha bir futbolçusunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, serbiyalı baş məşqçi Milinko Pantiç “Xəzər Lənkəran”la oyunda həmyerlisi Risto Ristoviçi meydana buraxa bilməyəcək.
Buna səbəb Ristoviçin ötən tur “Neftçi” ilə oyunun 79-cu dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsidir. “Bakı”da digər vərəqə cəzalısı isə Vüqar Mustafayevdir. Artıq cəzalı oyunundan birini azaldan gənc futbolçu nəinki bu həftə “Xəzər Lənkəran”, eləcə də XXXI turda “İnter”lə paytaxt derbisini buraxmalı olacaq.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu aprelin 12-də keçiriləcək. Qarşılaşma saat 15:00-da başlayacaq.