Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç gələn mövsümdən etibarən “Barselona”nın formasını geyəcək. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun idman direktoru Andoni Subisaretta Rakitiçin keçidi ilə bağlı “Sevilya” ilə razılığa gəlib.
Rakitiçin alınmasında “Barsa”nın yeni baş məşqçisi Luis Enrike təkid edib. Buna görə də, son günlər iki komanda arasında danışıqlar prosesi həddən artıq intensiv olub. Rakitiçin transfer qiyməti 40 milyon avro dəyərləndirilsə də, “Barselona” onu 2 dəfə ucuz qiymətə alıb. Çünki onun “Sevilya” ilə müqaviləsi 2015-ci ildə başa çatır və 1 il sonra yarımmüdafiəçi ümumiyyətlə azad agent qismində Kataloniyaya köçə bilərdi.