“Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Neymara yeni müqavilə təklif edib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu bu təklifə razılıq verib.
Bu günlərdə imzalanacaq yeni müqavilənin müddətinin neçə illik olacağı açıqlanmır. Buna baxmayaraq, Neymarın maaşının artırılacağı dəqiqləşib.
23 yaşlı futbolçu sözləşməsinin müddətini uzadandan sonra hazırda aldığından 2 dəfə artıq məvacib alacaq.
Qeyd edək ki, Neymar “Barselona”ya 2013-cü ildə “Santos”dan transfer olunub. O, Kataloniya klubunda bu vaxta qədər 92 oyunda 54 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA