İspaniya İdman Arbitraj Məhkəməsi “Barselona”nın müraciətini rədd edib. Apasport.az saytının məlumatına görə, kataloniyalılar Cerard Pikeyə verilmiş 4 oyunluq cəzanın yüngülləşdirilməsi üçün məhkəməyə müraciət etmişdilər.
İspaniya milli komandasının üzvünün üzr istəməsinə və klubun da 20 səhifəlik müdafiə hazırlamasına baxmayaraq, onların bu müraciəti qəbul olunmayıb və müdafiəçinin La Liqanın 3-cü turu çərçivəsində “Atletiko”ya qarşı oyunda oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, Pike İspaniya Super Kuboku uğrunda “Atletik”lə oyunda baş hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalmışdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA