“Bavariya”nın zədəlisi qayıtdı
12.09.2015 - 12:57
“Bavariya”nın zədəlisi qayıtdı

“Bavariya”nın ispaniyalı yarımmüdafiəçisi Xavi Martines zədəsini tam sağaldıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı futbolçu artıq məşqlərə başlayıb.

 

Bu məlumatı Münhen klubunun baş məşqçisi Xosep Qvardiola da təsdiqləyib. Təcrübəli çalışdırıcının Martinesə nə vaxt şans verəcəyi isə bilinmir. Bunun üçün ispan futbolçu forma yığmalıdı.

 

Qeyd edək ki, Martines “Bavariya”ya 2012-ci ildə “Atletik”dən transfer olunub.