“Beşiktaş” rəhbərliyi növbəti mövsüm ulduz futbolçu almaq istəyir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Çelsi”nin kamerunlu legioneri Samuel Eto'O üçün çalışmalara başlayıb.
Türkiyə mətbuatı yazır ki, “Beşiktaş”ın başqanı Fikrət Orman artıq bu istiqamətdə hərəkətə keçib. Ormanın artıq kamerunlu futbolçu ilə əlaqə qurduğu da bildirilir. İddiaya görə, Eto'O “Beşiktaş”a gəlməyə müsbət yanaşdığından, Orman futbolçu ilə görüşmək üçün aprelin 17-də İngiltərəyə gedəcək. O, bu mövsüm Ronaldinyonun alınması üçün danışıqlar aparılan zaman baş verənlərin təkrarlanmamasından ötrü heç bir menecerlə söhbət etməyəcək, Eto'Onun özü və vəkilləri ilə danışıqlar aparacaq.