“Hər üç gündən bir oyuna çıxırıq. Bu üzdən bir az yorğunluğumuz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krasnodar” klubunun futbolçusu Odil Axmedov deyib.
O, Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. Özbəkistanlı yarımmüdafiəçi ikinci hissənin əvvəlində təmsilçimizin təşəbbüsə yiyələnməsinin səbəbini açıqlayıb: “İkinci hissəyə bir az arxayın çıxdığımızdan əvvəl oyunumuz alınmadı. Əlbəttə ki, bizə xal qazanmaq vacib idi. Çünki son qarşılaşmalarda ya heç-heçə edir, ya uduzurduq. Bu dəfə qalib gəlmək istəyirdik. Elə ona görə də yekun nəticə önəmli idi”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı