“Borussiya” Şahini aldı
11.04.2014 - 06:12
“Borussiya” Şahini aldı

Dortmund “Borussiya”sının rəhbərliyi Madrid “Real”ı ilə Nuri Şahinin alınması ilə bağlı razılığa gəlib. Apasport.az saytının məlumatına görə, Şahinin müqaviləsi dortmundlulara 7 milyon avroya başa gəlib.

 

Şahin “Real”a 2011-ci ildə “Borussiya”dan keçib, amma madridlilərin əsas heyətinə düşə bilməyib. Yarımmüdafiəçi keçmiş komandasına icarəyə verilib. İndi isə “Borussiya” ilə tam hüquqlu müqavilə imzalaya bilər.

 

Nuri Şahinin “Borussiya”ya qaytarılması 7 milyon avroya başa gələcək. Maraqlıdır ki, dortmundlular futbolçunu “Real”a 12 milyon avroya satıblar.

 

25 yaşlı Şahin bu mövsüm Bundesliqada 29 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.