İngiltərə Premyer Liqasının 8-ci turunda “Çelsi” “Sauthempton”a məğlub olub. Apasport.az saytının məlumatına görə, ilk 8 turdan sonra aktivində cəmi 8 xal olan “zadəganlar” üçün bu göstərici 1978-ci ildən bu yana ilk belə haldı.
Geridə qalan həftələrdə 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət alan londonlular axırıncı dəfə 37 il bundan öncə mövsümə bu qədər pis başlamışdı.
Qeyd edək ki, həmin il “Çelsi” Premyer Liqada sonuncu, 22 yeri tutaraq aşağı diviziona yuvarlanmışdı.
Əlavə olaraq məlumat verək ki, ötən mövsüm çempionluğu qeyd edən Joze Mourinyonun yetirmələri cəmi 3 qarşılaşmada məğlubiyyət acısı yaşamışdılar.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı