“Elfsborq”un baş məşqçisi: Onlar daha çox qol vura bilərdi
18.07.2014 - 09:44
“Elfsborq”un baş məşqçisi: Onlar daha çox qol vura bilərdi

“Komandam sanki çökmüşdü. Hazırda özümüzü iddiasız hiss edirik”. Apasport.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq” klubunun baş məşqçisi Yanne Mian deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində doğma meydanda “İnter”ə uduzan isveçlilərin çalışdırıcısı komandasının pis oynadığını bildirib: “Biz pis oynadıq. Müdafiəmizdə kobud səhvlər var idi. İkinci hissədə özümüzə gəlsək də, dəyişən bir şey olmadı. Hələ də şanslarımız qalır və bundan istifadə etməyə çalışacağıq. Bakıda başqa cür oyun nümayiş etdirmək fikrindəyik. Rəqibimiz bizdən çox üstün oynadı. Onlar daha çox qol vura bilərdi. Ola bilərdi ki, elə hər şey ilk oyunda həll olunsun. Amma yaxşı ki, ikinci matç üçün şansımız qaldı”.

 

Qeyd edək ki, cavab oyunu iyulun 24-də keçiriləcək.