“Fənərbaxça” növbəti turda “Antalyaspor”a qarşı oyunda keçmiş oyunçusu Semih Şənturklə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Antalyaspor”un başqanı Gültekin Gencer bildirib.
Uzun müddət “Fənərbaxça”nın heyətində oynayan və komandanın uğurlarında böyük payı olan Şentürk qış transfer dövründə “Antalyaspor”a keçib. “Fənərbaxça” rəhbərliyi Şəntürkü satarkən “bizə qarşı oynaya bilməzsən” şərti qoyub. Semih də bu şərtlər daxilində müqavilə imzalamalı olub.
“Antalyaspor” başqanı isə “Fənərbaxça”ya şərtindən geri çəkilməsi ilə bağlı müraciət etdiklərini bildirib: “Şərtdən geri çəkiləcəkləri inandırıcı deyil. Amma baş məşqçimiz Fuat Çapa Şəntürkü keçmiş komandasına qarşı oynatmaq istəsə, o, “Fənərbaxça”ya qarşı oynayacaq. Həm də bu oyunda meydana kapitan kimi çıxacaq. Bizə cəza veriləcəyini düşünmürəm. Amma cəza verilsə belə, onu ödəyəcəyik”.