“Google”a bax və axmaq suallar vermə!”
15.09.2015 - 19:58
“Google”a bax və axmaq suallar vermə!”

Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo yenə diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssi Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Makkabi” ilə oynayacaqları oyundan əvvəl mətbuat konfransında jurnalistlərdən biri ilə mübahisə edib.

 

“Çelsi”nin mövsümə uğursuz başlaması ilə əlaqədar verilən “klassik 3-cü mövsüm sindromu yaşamırsınız ki?” sualına əsəbləşən Mourinyo jurnalistə sərt cavab qaytarıb:

 

“Porto”da 3-cü mövsüm var idi? Xeyr! “İnter”də? Xeyr! “Çelsi”dəki 3-cü mövsümümdə Federasiya Kuboku və Liqa Kubokunu qazandım, Çempionlar Liqasında yarım final oynadım. Madriddə 3-cü mövsümümdə Super Kuboku qazandım, Çempionlar Liqasında yarım final oynadım. “Google”u aç və bax! Axmaq suallar vermə. Kiməsə nəsə sübut edəcək deyiləm!”