“İnter” – “Neftçi” oyununun vaxtı açıqlandı
08.04.2014 - 15:05
“İnter” – “Neftçi” oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasının XXX turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatlına görə, eyni gündə baş tutacaq  turun 3 oyunu eyni saatda başlayacaq.

 

Bunlardan biri “Bakı” və “Xəzər Lənkəran” arasında prinsipial qarşılaşmadır. “İnter” və “Neftçi” arasında turun mərkəzi oyunu isə 17:00-da başlayacaq. Kubokun yarımfinalı ərəfəsində baş tutacaq turun son matçında lider – “Qarabağ” “Rəvan”ı sınağa çəkəcək.

 

XXX tur

12 aprel (şənbə)

15:00. “Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 

17:00. “İnter” – “Neftçi”
“Şəfa” stadionu
 

15:00. “Sumqayıt” – “Simurq”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

18:30. “Qarabağ” – “Rəvan”
Tofiq Bəhramov adına Respublika stadionu
 

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

Mənbə: pfl.az