“İnter” də Eto'Onu qaytarmaq istəyir
09.04.2014 - 23:01
“İnter” də Eto'Onu qaytarmaq istəyir

 

İtaliyanın “İnter” futbol klubu “Çelsi”nin hücumçusu Samuel Eto'Onu qaytarmaq istəyir. Apasport.az saytının məlumatına görə, 2009-2011-ci ildə “İnter”in şərəfini qoruyan kamerunlu hücumçu məhz bu klubdan Mahaçqala “Anji”sinə keçib.

 

Eto'O bəyan edib ki, mövsümün sonunda London klubunu tərk edəcək. Məlumata görə, “İnter” nümayəndələri transfer məsələlərini danışmaq üçün futbolçunun agenti Klaudio Viqorelli ilə əlaqə yaradıblar.

 

Xatırladaq ki, Eto'Onu Türkiyənin “Beşiktaş” klubu da almaq istəyir. Klub başqanı Fikrət Orman artıq futbolçu ilə əlaqə qurub və aprelin 17-də transfer məsələlərini danışmaq üçün Londona getməyə hazırlaşır.