“İnter”də daha bir itki
10.04.2014 - 17:48
“İnter” Topaz Premyer Liqasının XXX turunda paytaxt derbisində Almaniyada əməliyyat olunacaq Sesar Mesanın ardından daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, söhbət Ruslan Əmircanovdan gedir.
Milli komandamızın sağ cinah müdafiəçisi zədəsini müalicə etdirməklə məşğuldur. O, “Qəbələ” ilə XXVII turun oyununda aldığı zədəyə görə 10-12 gün məşqlərə başlaya bilməyəcək.
Qeyd edək ki, “İnter”in 4:1 hesabı ilə qalib gəldiyi həmin görüşdə Ruslan Əmircanov 51-ci dəqiqədə zədələnərək yerini Arif Daşdəmirova verməli olmuşdu.

0
0