“Karyeramı “Fiorentina”da bitirmək istəyirəm” - FOTO
14.10.2016 - 02:00
“Karyeramı “Fiorentina”da bitirmək istəyirəm” - FOTO

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina”nın yarımmüdafiəçisi Borxa Valero klubundakı çıxışı barəsində İtaliya mətbuatına açıqlama verib.

 

İspan oyunçu Florensiyanın onun üçün ideal şəhər olduğunu deyib: “Tezliklə “Fiorentina”da çıxış etməyimin 5 ili tamam olacaq. Burda hər şey məni və ailəmi qane edir. Deyəsən biz özümüz üçün ideal şəhər tapmışıq. Həmişə demişəm ki, karyeramı bu klubda bitirmək istəyirəm”.

 

Qeyd edək ki, Valero 2012-ci ildən şərəfini qoruduğu “Fiorentina”da 134 oyunda meydana çıxıb və 13 qol vurub.

0