“Kəpəz”dən növbəti rekord
14.09.2015 - 00:59
“Kəpəz”dən növbəti rekord

Azərbaycan Premyer Liqasının 4-cü turu üçün azarkeş sayı məlum olub. Apasport.az saytının məlumatına görə, 4-cü turun və mövsümün azarkeş rekordu Gəncədə qeydə alınıb.

 

Belə ki, Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - AZAL (1:0) oyununu 13200 tamaşaçı izləyib ki, bu da həm cari mövsümün, həm də 4-cü turun rekordu olub.

 

Xatırladaq ki, bundan əvvəlki rekord da Gəncəyə məxsus idi.

 

Belə ki, Premyer Liqanın 2-ci turunun "Kəpəz" - "Zirə" oyununda (1:1) 12500 tamaşaçı qeydə alınmışdı ki, bu da son turadək ən yüksən göstərici idi.